Bu dünyadan getdiyim gün
Öləndə də əl üzmərəm dünyadan,Məndən qalan bir səs, bir ün olaydı.Hansı yurda toxunsaydı ayağım,Orda coşan bir toy-düyün olaydı.
Şirin həyat ömrə-günə dad verir,Dərdi verən, gör, bir neçə qat verir.Vuruşlarda yeddi yerdən çat verir,Könül bütöv, ürək bütün olaydı.
Nur içində açılaydı hər sabah,Dan yerində yuyulaydı suç, günah.Bu dünyadan getdiyim gün, ay Allah,Bu dünyaya gəldiyim gün olaydı.
2000, 14 oktyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bu-dunyadan-getdiyim-gun
Use ← → keys to move, R for a random poem
More by this author
Birinci dəfə ürəyimin ağrıları ilə bağlı Almaniyaya müalicəyəgedirdim. Dostlarımın arzusunu nəzərə alaraq bir neçə günlüyə
HamarkəndHamarkənd - Yardımlıda Sabir Rüstəmxanlınındoğulduğu kəndin adıdı
Aşıq ədalətəƏdalətin əllərindətut parçası — od parçası,
Bayatı ömrü ver şeirləriməGəl, ilham pərisi, gəl qucaqlaşaq,Qabaraq, çəkilək, qaynayaq, daşaq.
Poems by other poets
Badi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Nəyi nəyə vurdumsa daNəyi nəyə vurdumsa da,Heçə çıxdı hamısı.
Gəraylı: Siz görək sani-biçunSiz görək sani-biçun,Nə əcəb sənət eyləmiş,
Hikmətin fəzilətiQədim bir kitabda verilmiş xəbər-İranda bir həkim varmış mötəbər.