Nəyi nəyə vurdumsa da
Nəyi nəyə vurdumsa da,Heçə çıxdı hamısı.Allah birdi, insan iki,Üçə çıxdı hamısı.
Əkən getdi, bitən qaldı,Qurda-quşa yem oldu.Bu qəfəsdə bir mən qaldım,Necə çıxdı hamısı?!
Gözündə yaşı aldadıbHərə bir cür ağladı.Gündüz günəşi aldadıbGecə çıxdı hamısı.
Bilinmədi yasdı, toydu,Yeyən yedi, doyan doydu,Payız gəldi, sayan saydı,Cücə çıxdı hamısı...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-neyi-neye-vurdumsa-da
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Çəpər çəkməsin
Zəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki