Füzulinin xatirəsinə

Yüz illərdi bir şam yanır,Küləklər söndürə bilmir.Yüzlərlə əllər uzanır,İşığını dərə bilmir.

Qaranlıqsa solu-sağı,Yanan şamın nə günahı?!Əriyir, tökülür yağı,Ölür, ölür, ölə bilmir.

Gilə-gilə, damla-damlaGünbəgün üzülən canla,Ağlayır hər ağlayanla,Hər gülənlə gülə bilmir.

Qızındırır yazıqları,Qorxuzur yalquzaqları,İşıqladır uzaqları,Öz dibini görə bilmir...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice