Bu güzgüyə bir vaxt qoşa baxardıq, -bu güzgüdə yerin indi boş qalıb.Bəlkə səndən bu güzgünün canındadodaq qalıb, kirpik qalıb, qaş qalıb?

Göz yaşların canındadı, bəlkə dədamla-damla əriyəcək bu güzgü.Bir gün sənin ayağınla dünyadaayaq açıb yeriyəcək bu güzgü.

Bəlkə, səni axtaracaq, gəzəcəkmilyon-milyon adamların içində.Görən kimi tanıyacaq üzünüən qaranlıq axşamların içində.

Qaçacaqsan bu güzgünün əlindən,Dönəcəksən o döngəyə, bu tinə.Adamları, maşınları, evləriAtacaqsan bu güzgünün cənginə.

Yenə, yenə doymayacaq bu güzgü,bir şəhəri udub, udub gələcək.

Səni gözdən qoymayacaq bu güzgü,yeri-göyü tutub, tutub gələcək.

Sən qaçdıqca yellənəcək saçların,Bu güzgüyə pay düşəcək saçından.İpək donun yelləndikcə,güzgüyəPay düşəcək ətəyinin ucundan.

Qaçıb-qaçıb özünü yoracaqsan,Qəfil birdən görəcəksən o daşı.Bu güzgünü daş atıb qıracaqsan,Bu güzgüdən dağılacaq göz yaşın.

Hər tikəsi qayıq təki üzəcək -dörd tərəfi göz yaşınla dolunca.Bu güzgünün bəlkə hər tikəsindəndodaqların çığıracaq dalınca.

...Bu da belə bir nağıldı yalandan,Sən ki yoxsan, getdiyin o gedəndi.Bu güzgü də yerindədi, yerində,Bu güzgü də yenə sağdı, bütövdü.

Sınan güzgü axı bir də calanmaz, -bəlkə tanrı özü görüb bu işi?!Bu güzgünün hər tikəsi, bəlkə də,damla-damla göz yaşınla bitişib.

Bəlkə səndən bu güzgünün canındadodaq qalıb, kirpik qalıb, qaş qalıb.

Göz yaşların canındadı hələ də,göz yaşların qurumayıb, yaş qalıb.

Bu güzgüdən gəlib keçir xanımlar,Özlərinə baxıb-baxıb keçirlər.Dodağından dodaqları rəng alır,Kirpiyindən kirpik taxıb keçirlər.Göz yaşınla dolur, dolur gözləri,

Baxır yerə, baxır göyə, ağlayır.Bu nə dərddi - heç bilmirlər özləri,Heç birisi bilmir niyə ağlayır...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets