Qəm ki, doldu bir ürəyə,Üstünə-altına baxmaz.Baxmaz yediyin çörəyə,Atdığın addıma baxmaz.

Gözlərin yaşar qəmdən,Ürəyin qaşınar qəmdən,Bu sifətdə, bu görkəmdəGüzgü də adama baxmaz.

Baxtın düşər səndən uzaq,Yüz yol çağır:– A baxt!.. A baxt!..Qumdan evcik hörən uşaqSularda batana baxmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets