Qədim bir kitabda verilmiş xəbər-İranda bir həkim varmış mötəbər.Ümidi yox ikən onun sabaha,Belə bir sifariş göndərdi şaha:«Onun üzüyünü böyük hökmdar,Ən müdrik adama versin yadigar».Şah bu vəsiyyəti icra edərkən,Ehtiyat edirdi divanələrdən.Çünki hər dövlətli, kasıb, hər gəda,Özünü ən müdrik bilir dünyada.Nəhayət hamını çağırtdırdı şah,Onları mətləbdən eylədi agah.Dedi: Üç suala istərəm cavab,Kim daha düz desə olsun intixab.-Əvvəl--ən xeyirli nədir müxtəsər?Tamahkar olanlar dedilər ki,--zərVergi toplayanlar dedilər: xərac!Tacirlər dedilər: alver və rəvac!Şah dedi: Uzaqdır bunlar mətləbdənOrada bir qoca durmuşdu, həmən.Söylədi: hər şeydən xeyirli--hünər!Hünərsiz heç bir şey olmaz müyəssər.Şah qəbul eylədi, soruşdu yenə!Dünyada hər şeydən yaxşı deyin, nə?Yüksəldi müxtəlif səslər saraydan:Şahın razılığı... şadlıq... firavan,Yenə də o qoca dedi bu sözü:Hər şeydən yaxşıdır, yaxşılıq özüÇünki yaxşı sifət olarsa səndə,Afərin söyləyər dost da, düşmən də,Şah dedi: Ən lazım nədir insana?Yenə də çox fikir çıxdı meydana.Şah isə qocaya edirdi diqqət,Dedi: Ən lazımlı şeydir--həqiqət.Həqiqət olmasa, olmaz intizam,Dünya həqiqətlə dolanır müdam.Şah qalxıb qocaya eylədi təzim,Üzüyü hörmətlə eylədi təqdim.Əmr etdi saraydan getməsin bir an,Ki, alsın hər işdə məsləhət ondan.Nəhayət oldu o şahın vəziri,Ölkəni düzəltdi onun tədbiri.Nə yaxşı olardı hər ölkədə ah,Olaydı belə bir vəzir ilə şah.Ey Qüdsi, hikmətdən varsa xəbərin,Yaxşı adamlarda olsun nəzərin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise