Məni öldürəmməz düşmən gülləsi,İşvəsiylə, qəmzəsiylə, nazıyla,Öldürsə, məni bu çiçəklər öldürəcək.

Pələngin nərəsi qorxuda bilməz,Zərifliyi, yumşaqlığı, paklığıylaÖldürsə, məni kəpənəklər öldürəcək.

Əzrayılın mənlə bağlı işi yoxdu,Süzüb keçən, yanıq verən baxışıylaÖldürsə, məni bu mələklər öldürəcək.

Bu gün sağam, ölüm mənə bata bilmir,Hakimliyin, məhkumluğun əlləriyləÖldürsə, məniMənsiz olan gələcəklər öldürəcək.

2000, 5 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death