Çingiz Dağçının məktubu
Eşitdim Krıma gəlmisən. Həmişə bizim olan, indi bizimolmayan Krımal Özü də Azərbaycandan gəlmisən. Bu şadxəbərə sevindim. Məni tanıyan, məni oxuyan və məni sevən birAzərbaycan şairinin bura gəlişini çoxdan gözləyirdim.Sümüyümə dammışdı, ruhuma əyan olmuşdu ki, gələn olacaq.Sənin gəlişin qaranlıq dünyamı aydınlığa çevirdi. Ağməsciddən(indiki Simferopol) cəmisi dörd-beş kilometr bir məsafədəÇukurcada anadan oldum. Beşiyim burda yırğalansa da,məzarım qürbətə qismət olacaq. Qərib kimdir, qürbət nədir,sürgün olunmaq nə deməkdir hamısını gördü mənim kor olmuşgözlərim, hamısını eşitdi mənim bu kar olmuş qulaqlarım,hamısını çəkdi mənim bu bəlalı başım."Xanlıq dövründə beş milyon olan Krım tatarlarının sayıböyük köçlərdən və qətliamlardan sonra üç yüz minəendirilmişdir. Çar Rusiyasının Krımı Krım tatarlarındantəmizləmək arzusunu İkinci dünya müharibəsinin sonundaSovet Rusiyası bir həmlədə həyata keçirdi”.“Yansılar” adlı romanımdan gətirdiyim bu misal xəyal deyil,XXəsrin amansız həqiqəti, acı səhnəsidir. Biz Krım türkləri bufadiələrin günahsız qurbanlarıyıq, mənim oğlumQələmini işə sal, fikrini cilovla, ilhamını çağır, ruhunusəfərbər elə, mənim dərdlərimi, bizim dərdimizi ozan dilində,oğuz, qopuz dilində dilə, qələmə gətir. Gör mən nə çəkmişəm.Gör biz nə çəkmişik və bu gün də nələr çəkirik, mənim oğlum
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-cingiz-dagcinin-mektubu
Use ← → keys to move, R for a random poem
More by this author
Pərvərdigaral Artıq sümüyüm sustalmış, saçlarımağappaq ağarmışdır. Sənə ümid etməklə heç vaxt naümid
O, baqidi, biz faniyikPeyğəmbər MəhəmmədFateh Məhəmməd
Qiyamət” Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır” O gün (ey insan1) duracaq (pənah aparılacaq)
“Allahu-Əkbər!”Ucaldım Allaha,endim insana,