Pərvərdigaral Artıq sümüyüm sustalmış, saçlarımağappaq ağarmışdır. Sənə ümid etməklə heç vaxt naümidolmamışam. Nə dua etmişəmsə, qəbul olunmuşdur.Əhməd Yəsəvi

Arı kimi dön gülə,tər çiçəkdən söhbət aç,Şirin, təmiz arzudan,saf diləkdən söhbət aç.

Çağır Alp ərənləri,qonaq eylə eşqinə,Gah beşikdən, məzardan,gah bələkdən söhbət aç.

Danış dindən, imandan,danış qoca zamandan,Səcdə eylə keçmişə,gələcəkdən söhbət aç.

Ey Yəsəvi Əhmədim,Əhmədi-Muxtara bax,Heç kəsə bel bağlama,sən o Təkdən söhbət aç.

kok x

Boyla mənim boyumu,Söylə mənim soyumu,Ver havamı, suyumu,Peyğəmbərdən xəbər ver.

Qəbul eylə ərkimi,Anlat mənə ər kimi.Danış peyğəmbər kimi,Peyğəmbərdən xəbər ver.

Var işarə, him sənə,Kim inanmaz, kim, sənə?Haqqı bilən kimsənə,Peyğəmbərdən xəbər ver.

Ver müidəni, nəməri,Ver ümmətə təpəri.Ver qaibdən xəbəri,Peyğəmbərdən xəbər ver.

Kəlmə çıxar ağızdan,Hikmət söylə ağ üzdən.Nə qazandı Oğuzdan? —Peyğəmbərdən xəbər ver.

Haqq sözünü söylədi,Pislikləri yeylədi.Dünya üçün neylədi? —Peyğəmbərdən xəbər ver.

Dürlü söz, dürlü kəlam,Eşqi alınmaz qalam.Rəsul əleyhissəlam —Peyğəmbərdən xəbər ver.

İslam sevgi butası,Əhməd, içdim bu tası.Ey ruhumun atası,Peyğəmbərdən xəbər ver.

ök ok ökÇatdı səsim Yəsəviyə,elə bil ki Haqdan ona“Bu gün fürsət səninkidir,qəlbini dindir” dedilər.

“Tapmağa sirr xəzinəsi,çapmağa meydan vermişik,Ruhun dəli köhləninəeşqini mindir” dedilər.

“Endikcə en dərinlərə,Yaradana çatmaq üçün,Qanadlı söz göylərdədi,qəlbinə endir” dedilər.

“Məhəmmədin eşq adlananatəşinə könül bağla,Həşrə qədər yanasıdır,sönməz bu təndir” dedilər.

“Sən Məhəmməd aşiqisən,ilhama ver ömrü-günü,Peyğəmbərdən divan bağla,Haqqı sevindir” dedilər.

ök ək əkArım əgər yaxşı olsa,balım Bağdaddan gələr,Könülləri doydurmağatəam gəldi, qismət gəldi.

Haram toxum çürüyəcək,nə bitəndi, nə bar verən,Halallara halallıqdanhalal olan qismət gəldi.

Haqqı gedib tapmaq üçünHaqq yolunda itmək gərək,Nəm torpağın altında daona Haqdan qüvvət gəldi.

Qisməti verən Allahdı,Tanrı hər sirdən agahdı,Doxsan doqquz min müridləona qədir-qiymət gəldi.

Mən Əhməd Yəsəvi,bilmək istəsən,Peyğəmbər şəhrininyoluyam, — dedi.Yandım bu yollarda,bişdim, əridim,Quranla, ayətlədoluyam, — dedi.

İslama, imanaözüləm, himəm,Yanan ürəklərititrədən siməm,Sevdiyim bir ad var,onsuz mən kiməm? —Onunla uludanuluyam, — dedi.

Yoğurdum özümü,yapdım özümü,Dağ kimi dağıdıb,çapdım özümü,Mən onda itəndətapdım özümü,Allah Rəsulununquluyam, — dedi.

Peyğəmbərlə göydə nurtəkqoşalaşdıYüz otuz il ömür sürənmürşidimiz.Ürəyini açdı bizəsüfrə kimi,Qəlb gözüylə Haqqı görənmürşidimiz.Yer üstündə altmış üçil yaşadı,Yer altında altmış yeddiil yaşadı.Qoşalaşdı onun böyükvarlığında,İslam adlı müqəddəsdin qanadlandı,Türk adında mübarək birdil yaşadı,Hər çəkəndə Peyğəmbəringül adınıGözlərində dalğa-dalğagöl yaşadı.Bir yol seçdimin bir yolun arasından,Peyğəmbərin yollarınaçıraq tutan,Yaradana gedib çatanyol yaşadı.

Allahl Allahl Bu nə sevgi,aman, ey Əhməd Yəsəvim,Dedin ancaq onunkudurqəlb işığım, könül evim.Mən də sevdim Peyğəmbəri,heç bilmədim necə sevim,Mən də sevdim Rəsulumu,sənintək sevə bilmədim.

Aslan baba adı ilə”Yəsiyə bir həbəş gəldi,Səhabənin ürəyindəQuran boyda Günəş gəldi,Bir xurmanın toxumundaHaqdan yanan atəş gəldi,Mən də sevdim Rəsulumu,sənintək sevə bilmədim.

Tam dörd yüz il sonra çatdıPeyğəmbərin əmanəti,O xurmada sirri vardısirr yuvası təbiətin.Eşq ucundan diri-diriyer altına girmək çətin,Mən də sevdim Rəsulumu,sənintək sevə bilmədim.

Çıxdın insandan Allaha,endin Allahdan insana,Rəbbim dedin, nəbim dedin,bir şam kimi yana-yana.Tanrı səni Peyğəmbərçünbəxş eylədi Türküstana,Mən də sevdim Rəsulumu,sənintək sevə bilmədim.

Peyğəmbərə sevgi səndə,nizam səndə, biçim səndə,Yollar çoxdu, ən doğru yol,ən ağıllı seçim səndə.Min ildir ki, qarışmışıq,ruhum səndə, içim səndə,Mən də sevdim Rəsulumu,sənintək sevə bilmədim.Səndən ötrü ruhda, səsdə,ilikdə, qanda Peyğəmbər,Təpədən-dırnağa kimi,nəfəsdə, canda Peyğəmbər.Başdan-başa hikmət olanulu “Divan”da Peyğəmbər,Mən də sevdim Peyğəmbəri,sənintək sevə bilmədim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love