Küləklər qopanda qaraldı qanı,Bulud göy üzündə buluda dəydi.Şimşək meşələrə saldı tufanı,Xatası yenə də palıda dəydi.

Məğrur bir ağaca vurulan zədə,Budaqdan-budağa gəzir car olur.Günəşin nurunu hamı içsə də,Şimşəklə döyüşən palıdlar olur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring