Dağlar çağıranda öz qucağına,Arandan yaylağa köçməmək olmur.Çəmən sinəsini, qaya döşünüÖmür-gün həmdəmi seçməmək olmur.

Gəzməli yerləri gəzmək gözəldi,Düzləri zirvədən süzmək gözəldi,Laylalı göllərdə üzmək gözəldi,Nərəli çayları keçməmək olmur.

Gündə aynasına yüz gözəl baxır,Oğulsan sən baxma, ürəyini qır.Eləmi süzülür, eləmi axır,Dirilik suyunu içməmək olmur.

1975, 7 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets