Mən öləndə üzümü Borçalıya çevirin
Orda duydum el ruhumun sazını,Orda sevdim bir kişinin qızını.Orda çəkdim gözəllərin nazını,Mən öləndə üzümüBorçalıya çevirin.
İçərimdə həsrət adlı yükü var,Ürəyimdə yaraların kökü var.Ləlvəri var, Ağlağanı, Lökü var,Mən öləndə üzümüBorçalıya çevirin.
Mənim könlüm bu torpağı sevirdi,Qürbət ellər ömrü yelə sovurdu.Bəlkə, elə Allah özü çevirdi,Mən öləndə üzümüBorçalıya çevirin.
Öpsün əsən yellər, yağan yağışlar,Oxşasın sevdiyim şirin baxışlar,Məkkə də, qiblə də məni bağışlar,Mən öləndə üzümüBorçalıya çevirin.
Su vətəndi, balıq torda qəribdi,Eldən ayrı qəbir, gor da qəribdi.Mən qürbətdə, Vətən orda qəribdi,Mən öləndə üzümüBorçalıya çevirin.
Qoyun məni torpağının altına,Torpağının, yorğanının altına,Üzüm olsun ayağının altına,Mən öləndə üzümüBorçalıya çevirin.2002, 6 iyul
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-men-olende-uzumu-borcaliya-cevirin
Use ← → keys to move, R for a random poem
More by this author
Açılmaq gül kimi aydın,Açılıb-solmayan varmı?
Bütöv Azərbaycan dünəndə qaldıBütün yaralılar baş-başa versə,Yoxdu mənim kimi yaralanmışı.
Halımı soruşub necəsən deməHalımı soruşub necəsən demə,Hər saat qulağı səsdə gəzirəm.
Kim bilir?On il bundan əvvəl hardaydı fikrim,On il bundan sonra harda, kim bilir?
Poems by other poets · Separation
Ay ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabınGöstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın,Kəməndi-gərdəni-can olmasaydı zülfi-pürtabın.
فراقت نیش غم ما را چنان در جان شکست ای جانکه گفتی تیر جست از شست و در سندان شکست ای جان
چو آفتاب به شمشیر شعله برخیزدسپاه شب به هزیمت چو دود بگریزد