Eşqimi dağlara verən gözəlim,Bu dəfə yolunu bizdən salarsan.Çox da yüksəklərə getməsin ağlın,İndi də meylini düzdən salarsan.

Gələrsən, qızarıb söküləndə dan,Közərəndə könül, alışanda can.Mənim yorğanımı oddan-alovdan,Mənim döşəyimi közdən salarsan.

Sükut meydanında xəyal yas tutar,Gəlməzsən, sinəmdə ürək pas tutar.Hardasa gözünü ehtiras tutar,Gözlə, məhəbbəti gözdən salarsan.

1975, 4 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets