Çıx dünyanın seyrinəDan yeri sökülməmiş.Səhərin almaz şehiYarpaqdan tökülməmiş.Təbiətin tərtəmiz,Günün bakirə vaxtı,Gülün ləçəklərindənÇəkilən şirə vaxtıÇəmənin kəpənəyi,Çölün arısı sən ol!Bu dünya başdan-başa,İtsə sevinc içində,Onun yarısı sən ol!Körpəcə budaqlarınQönçələri açmamış,Gün dəyib, tumurcuğunDodaqları qaçmamış,Yerdə vaxtı qabaqla,Göydə günü qabaqla.Təbiətin eşqinə,Çal-çağırı qabaqla,Toy-düyünü qabaqla.Hər gün Günəşdən qabaq,Çıx dünyanın seyrinə.Qoy beləcə yaşasınDünya sənin xeyrinə,Sən dünyanın xeyrinə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets