Bax bu gözəlliyə,bax, gözəl insan,Ürəyi təmizlə,işi təmizlə.Şeytandan uzaqdasənindi meydan,Günahı təmizlə,suçu təmizlə.

Zərif fikirdədi,kövrək duyğuda,Hər güldə çəməninbir ilməsi var.“Bir zərrə şəfəqdə,bir damla suda”1,Ölmüş duyğularındirilməsi var.

İlahi, bu boydazənginlik nədir?Kim duya, duymaya –qismətə, baxta.Gözəllik adamıöldürməkdədir,Gözəllər adamıyaralamaqda.

Tanrı fürsətinivermə əlindən,Qayna bulaqlarla,qarış sulara.

Şirin bir görüş aldağ gözəlindən,Bir cüt qanad olsunxoş arzulara.

Uludu, təmizdişair niyyəti,Bahadı, sevgimizqoy baha qalsın.Ayağın tutduqcagəz təbiəti,Demə ki, gəzərəm,sabaha qalsın.

2002, 14 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets