Durnaları qaqqıldayan,Buludları şaqqıldayanGöyü var mənim ömrümün.

Sümüklərə lərzə salan,Harayını ərzə salanNeyi var mənim ömrümün.

Bayraq edib Zəlimxanı,Ötkəm xanı, həlim xanı,Bəyi var mənim ömrümün.

Nə sünbül, nə dən biləsən,Qafilsən, nədən biləsənNəyi var mənim ömrümün.

Bir dağdı, söykənib dağa,Neçə min il yaşamağaHeyi var mənim ömrümün.

2000, 15 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring