Ey mənim yaradanım!
Ey mənim yaradanım,eşit mənim səsimi,Sevinc, kədər bağışla,ağrı-acı ver mənə.Ulu söz qəlbin nuru,ilham başımın tacı,Qızıl yox, ilham adlıqızıl tacı ver mənə.
Şeirim ürəkdən gəlib,ürəklərə axmasa,Duymasa, duyulmasa,yandırmasa, yaxmasa,Al qələmi əlimdən,toyumu döndər yasa,Üstümdə ağlamağaana-bacı ver mənə.
İlahidən gələn sözgöz nurum, göz dərmanım,Söz beşiyim, məzarım,söz dərdim, söz dərmanım.Söz sözümə baxmasa,ölüm olsun fərmanım,Son hökmü, son qərarı,son əlacı ver mənə.
2002, 23 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ey-menim-yaradanim
Use ← → keys to move, R for a random poem
More by this author
İçərimdə yatan qüvvət, dayan, hələ baş qaldırma,Dağ qaldıra bilmirsənsə, əbəs yerə daş qaldırma!
GəlirBu gün xəyalımdan gör nələr keçir,Yadıma keçmişim, dünənim gəlir.
DemərəmYolum, məni çatdırmasan arzuma,Uçurum billəm, yol demərəm mən sənə.
And yerimizVətən bizim qibləmiz,Vətən eşqi şahımız.