Səmavi kitablar
Səmavi kitablar göylərdən gələndi,Ruhunda ucalıq, eşqində qanad var.Ürəkdən su içir müqəddəs duyğular,Fikirdə, xəyalda coşqun bir həyat var.Tanrıya qovuşmaq imtahan yoludur,Qarşıda sual var, mizan var, sirat var.Boşuna ötüşmür zamanın axarı,Hər əsrin içində dolu bir saat var.Allahı insana güzgütək göstərən,Zəbur var, İncil var, Quran var, Tövrat var.
2002, 10 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-semavi-kitablar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Könlüm nəsibi çün ki, bəla qıldı yarədən
Könlüm nəsibi çün ki, bəla qıldı yarədən,Tabi-bəla gətürmədi, can çıxdı arədən.
Səadətnamə, 33چند در نفی دیگران پیچینفی خود کن که هیچ بر هیچی
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın
Yazıq "əmmə"ni“Əlif”dən dərs aldım, əbcəd oxudum,Huş verdim, öyrəndim yazıq “əmmə”ni.