Qara bulud, örtmə Ayın üzünü,Göyə baxım, işıq görüm, nur görüm.Dəli tufan, çalxalama dənizi,Qoy, dibində inci görüm, dürr görüm.

Yorğun salıb daşa salma yolumu,Tez yağdırma yağışımı, dolumu.Qoca dünya, qandallama qolumu,Tilsim qırım, xəznə tapım, sirr görüm.

Yorulmasın haqq yolunda yeriyən,Yarımasın ruh sındıran, ər əyən.Nifrətləri toza dönüb əriyən,Sevgiləri qaynar görüm, gur görüm.

2002, 22 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring