Ölüm də bir zarafatdı
Biz dünyaya gələn gündənBaşımızın üstündədi,Acı-acı gülməyi var,Şirin canın qəsdindədi.Gəzəndə qol-boyun gəzdi,Yatanda qol-boyun yatdı,Yenə tutdu bildiyini, –Ölüm də bir zarafatdı.
Aradabir bizə sarıGöz vurmağı yaman olur.Salıb səhra tufanına,Toz vurmağı yaman olur.Bir də gördün silkələdi,Beşiyi məzara qatdı, –Ölüm də bir zarafatdı.
Ahımız Arazlı, Kürlü,Göz yaşımız dürlü-dürlü.Hədəfin nişanı bəlli,Dərd naxışlı, qəm möhürlü,Ağına, bozuna baxmaz,Qışına, yazına baxmaz,Əli kimə çatdı, çatdı, –Ölüm də bir zarafatdı.
Adı birdi, növü min bir,Ucuz ölüm, baha ölüm.Nə bir yalvarışa baxar,Nə ağrıya, aha ölüm.
Zərrə qədər fərq qoymadıNə qula, nə şaha ölüm.Bəndənin hökmündə deyil,Təslimdi Allaha ölüm.Öz malı, öz müştərisi,Kimi harda satdı, satdı, –Ölüm də bir zarafatdı.
2003, 19 may
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-olum-de-bir-zarafatdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Death
Qəbrimin üstünə gəldiyin zaman*Pak olan ruhumu xatırla bir an...*
خرده بینان طریقت همه صرافانندکه بیک جو درم ناسره را نستانند
VəsiyyətimHəkimimə yalvarın, bədənimi yarmasın,Həkimimə yalvarın, hay haray qoparmasın.
Nə deyimQadir Allah, sənsən mənim pənahım,Qanlı leşkər hücum etsə, nə deyim?