Həyat yaşamaq eşqi,tale sənə ad verdi,Gözə işıq, qəlbə nur,damaqlara dad verdi.Kəskin zəka, iti söz,sınmaz bir qanad verdi,Hazırlaş, insan oğlu!Görünən zirvələribir-bir aşmaq vaxtıdı!

Sevgini verən kişiəlində cam gətirdi,Ömrə-günə şirinlik,dodağa tam gətirdi.Sevgilinlə qol-qolanurlu axşam gətirdi,Hazırlaş, insan oğlu!Müqəddəs duyğularanəğmə qoşmaq vaxtıdı.

Elə ki, xəstələndin,başın gəldi balınca,Elə ki, qorxu çəkdin,boynun dəydi qılınca,Hazırlaş, insan oğlu!Deməli, bu həyatlahalallaşmaq vaxtıdı.

2003, 3 may

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love