Qalıb
Göylərə baxıram,Nə tərtəmiz bir ulduzu,Nə ləkəsiz Ayı qalıb.Yerlərə baxıram,Nə duru bircə çeşməsi,Nə bir təmiz çayı qalıb.Təbiətə baxıram,Cüyür küsüb, ceyran ölüb,Meşələrdə ayı qalıb.Yaradana baxıram,Boynumuzda, gör, nə qədər,Halal haqqı-sayı qalıb.İnsanlara baxıram,Ziyarətə gedənlərdənŞikayətə gedəni çox.Yaxşıları köçüb gedib,Ortalıqda zayı qalıb.Dünyaya baxıram,Deyəsən, bu dünyanın daƏlənib, hay-hayı gedib,Axıra vay-vayı qalıb.
2000, 16 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qalib
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Könül cövrünə qatlanmaz, gedəlim bari şəhrindənKönül cövrünə qatlanmaz, gedəlim bari şəhrindən,Ana səbrü xirəd yuməz, gedəlim bari şəhrindən.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.