Mən anamın gözlərindən oxudumZəfər günü səadətin adını.Bu dörd ildə gözü yaşlı görmədimBir kərə də olsa mən o qadını.Ağır həsrət günlərində görmədim,Mən görmədim o qadını ağlayan...İndi onun gözlərində yaşdımı,Sülhün təmiz şehiydimi parlayan?Ana! – dedim, o, boynuma sarıldı,Birdən sevinc yaşlarında boğulduq,Ana! – dedim – bu işıqlı dünyadaElə bil ki, biz yenidən doğulduq.Əziz ana, mən bu ağır illərdəSəndən səbir, səndən təmkin öyrəndim.Ölkəmizə basqın edən düşmənəTükənməyən qəzəb və kin öyrəndim.Vətən ağır zülmətlərdən qurtardı,Ana yurdum yenə çıraqban oldu.Haqq uğrunda vuruşan bir ölkəninQazandığı şərəf oldu, şan oldu.Dalğalansın vətənimin bayrağı,Mərd oğullar doğan ana var olsun!Yer üzündə kor niyyətlər daşıyanİnsanlığın düşmənləri xar olsun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland