Yaqut, zümrüd, firuzəYaman xoş gəlir bizə...Gün kimi yanır almaz,Brilyanta tay olmaz.Ləlin yoxdur əvəzi,Heyran qoyur hər kəsi.Dənizdən çıxan inci

Deyir: mənəm birinci.Qızıl bir yanda qalır,Araya dava salır...Büllur bərq vurub yanır,Parlaq gümüş odlanır.Gözəllik rəqabətiDaş-qaşları alıbdır,Birincilik həvəsiYaman qovğa salıbdır.Siz ey qiymətli daşlar,Ey cavahir, ey gövhər,Sizi yerdən qaldıranİnsan deyilmi məgər?Alt qatlardan çıxarıbSizə şöhrət gətirən,Sizi faydalı edib,Həyata rövnəq verənBilin, insandır, insan.İnsansız daşların daİşi olmazdı asan...Daşları canlı edən,Şöhrətli-şanlı edənİnsanın zəkasıdır.Daşları canlandıranİnsanlıq dünyasıdır.Sizi insanlar tapır,Sizi insan yüksəldir.Sizi insanın əliGözəl edir, düzəldir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets