Döyüşdədir Azərbaycan
Döyüş, ay eloğlu, döyüş,Bircə qarış torpaq üçün,Bu gün hər bucaq döyüşür.Silahları olmasa da,Xalq özü silaha dönür,Diş ilə dırnaq döyüşür.İblislərin fitvasıdır,Torpağa qanları tökən,Vuruşur əlbəyaxa,Sümüklə bıçaq döyüşür.Dəli sellər, axar çaylar,Dönür yurdun ordusuna,Buludları yarıb keçir,Havada bayraq döyüşür.O torpaqlar qayıtmasa,Qılınc qında yata bilməz.Qisası var millətimin,Haqqı üçün haqq döyüşür.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-doyusdedir-azerbaycan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
بود به ده فن ز راز نُه فلک آگاه
Mənim günəşimGündüzlər də, gecələr də mənimlədir günəşim,Dar günümdə cəbhələrdə mənimlədir günəşim.
آنچه ایزد خواست کرد و آنچه مردم خواست دادشاه را بالنده کرد و تن درستش کرد شاد
Bir mürəbbi vü müsahib manidə iqrarədirBir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.