Arpa qədər də tabım yox, a buğdayı üzlü nigar!Saman kimi saraltmışdır surətimi qanlı yaşlar.

O buğdayı cəmalına zinət verən sünbüllərinƏn kiçiyi Sünbülədir - çiynindəki qızıl saçlar.

Qoşa zülfün mizanından arpa boyda müşk istərəm,Könlün bir cüt tel yerinə bəlkə qızıl bir beyt umar.

Buğda dərdi çəkən kəndçi mənim qədər çəkibmi dərd?Məqam çatmış, versin mənə gül ətrini gül dodaqlar.

Bircə xalın müşk içində gizli buğda danəsidi,Dənmi umub düşüb tora mənim kimi yüz-yüz şikar?!

Tək buğdanı gözüm yedi, özüm heç nə dadmadım, ah,Qapındakı cənnətindən mən kənaram, xeyli kənar.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gecə-gündüz fırqətindən tən bölündüm buğda kimi,Nizaminin dərdi sənə arpaca da etmədi kar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love