Iqbalnama, chapter 31
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
دگر روز کز عطسهٔ آفتابدمیدند کافور بر مشک ناب
Oyanıb qalxanda günəş yuxudanMüşkə kufur səpdi sanki asiman.
فرستاد شه تا به روشن ضمیرفلاطون نهد خامه را بر حریر
Şad xəbər göndərib dedi: "ƏflatunQələmlə ipəyə nəqşələr vursun.
نگارد یکی نامهٔ دلنوازکه خوانندگان را بود کارساز
Elə gözəl namə yazsın o gərək,Hər bir oxuyana eləsin kömək!"
به فرمان شه پیرِ دریاشکوهجواهر برون ریخت از کانِ کوه
Şahın buyruğuyla əzəmətli pirMədəndən gövhərlər çıxardı bir-bir.
ز گوهرفشانْ کلکِ فرمانبرشنبشته چنین بود در دفترش
Müti qələmindən saçıldı gövhər,Beləydi dəftərə yazdığı sözlər:
که بادا فزون ز آسمان و زمینز ما آفریننده را آفرین
"Bizdən yaradana min-min ehtiram,Yerdən də, göydən də ziyadə salam!"
پس از آفرینکردنِ کردگاربساطِ سخن کرد گوهرنگار
Allaha şükr elə mədəni açdı,Sonra söz bəzminə gövhərlər saçdı:
که شاه جهان از جهان برترستجهان کانِ گوهر شد او گوهرست
"Şahımız ucadır bütün aləmdən,O, parlaq gövhərdir, bu aləm - mədən.
چو گوهرنهادست و گوهرنژادخطرناکی گوهر آرد به باد
Əsildir, yüksəkdir o da gövhərtək,Özünü həmişə qorusun gərək.
نمودار اگر نیک اگر بد کندباندازه گوهر خود کند
Hər kəs, yaxşı-yaman, - nə qoysa əsər,Bununla zatını büruzə verər.
کمینگاه دزدان شد این مرحلهنشاید دراو رخت کردن یله
Oğru ovlağıdır bizim bu cahan,Onu özbaşına qoyma heç zaman!
درین پاسگه هرکه بیدار نیستجهانبانی او را سزاوار نیست
Keşikçi olmasa həmişə ayıq,Deyildir dünyanı güdməyə layiq.
جهانگیر چون سر برآرد به میغبه تدبیر گیرد جهان را چو تیغ
Hər kim bu dünyanı istəsə tutmaq,Qılıncla, tədbirlə fəth edər ancaq.
همان تیغ مردان که خونریز شدبه تدبیر فرزانگان تیز شد
Mərdlərin qan tökən qılıncı, bəli.Alim tədbirilə olar kəsərli!
به روز و به شب بزم ِ شاهنشهیز دانا نباید که باشد تهی
Şahın məclisi də gərək hər zamanOla alimlərə şərəfli məkan.
شه آن به که بر دانش آرد شتابنباید که بفریبدش خورد و خواب
Şah yeyib-yatmağa meyl etməyərək,Bilik toplamağa çalışa gərək!
دو آفت بود شاه را همنفسکه درویش را نیست آن دسترس
Şaha yoldaş olam iki bəla var,Yoxsuldan uzaqdır həmin bəlalar;
یک آفت ز طباخهٔ چربدستکه شه را کند چرب و شیرینپرست
Biri aşpazdır ki, yağlı yeməklərBişirib, padşahı ona cəlb edər,
دگر آفت از جفت زیبا بودکزو آرزو ناشکیبا بود
Biri də cilvəli şux məşuqəsiKi, ona bağlanar könlü, həvəsi.
از این هردو شه را نباشد بهیکه آن برکند طبع و این تن تهی
Bunlar xeyir verməz: biri doldurarQarnını, o biri şirəni sorar.
نه بسیارکن شو نه بسیارخوارکز آن سستی آید وزین ناگوار
Nə çox əylənən ol, nə də çox yeyənBunlardan süstləşər, keyiyər bədən!
جهان را که بینی چنین سرخ و زردبساطی فریبنده شد در نورد
Qırmızı və sarı gördüyün cahanBir rəngin büsatdır - adam aldadan.
جهان اژدهاییست معشوق ناماز آن کام نی، جان برآید ز کام
Məşuqə adlanan bir əjdəhadır,Bu dünya kam vermir. ancaq can alır.
نگویم که دنیا نه از بهر ماستکه هم شهری ما و هم شهر ماست
Dünya yurdumuzdur, candan əzizdir,Bizim həm yerlimiz, həm yerimizdir.
نباشیم از اینگونه دنیاپرستکه آریم خوانی به خونی بهدست
Dünyanı dördəlli tutmayaq gərək,Nədən can-ciyərlə süfrə bəzəyək?
نهادی که برداشت از خون کندفروداشتی بیجگر چون کند؟
Qanla qidalanıb yaşayır bədən,Ciyərsiz bu qanı alarıq nədən?
از این چار ترکیب آراستهز هر گوهری عاریت خواسته
Dörd tərkib birləşib ahəngdar olmuş,Dörd cövhər birləşib, həyat var olmuş.
عنان به که پیچیم ازان پیشترکه ایشان ز ما باز پیچند سر
Yığmasaq onların ipini əgər,Hərəsi bir yana baş alıb gedər.
اگر آب در خاک عنبر شودسرانجام گوهر به گوهر شود
Su dönsə torpaqda çiçək ətrinə,Qayıdar əslinə o bir gün yenə.
خری آبکش بود خیکش دریدکری بنده غم خورد و خر میدوید
Tuluğu dağıdıb qaçdı bir eşşək,Sahibi qəmləndi bu halı görcək.
جهان خار در پشت و ما خارپشتبه هم لایقست این درشت آن درشت
Dünya tikanlıdır, kirpiyik biz də,İynə var, tikan var xislətimizdə.
دو بیوه بههم گفتگو ساختندسخن را به طعنه درانداختند
İki qarı qızın başladı bəhsi,Dünyanı götürdü onların səsi.
یکی گفت کز زشتی روی تونگردد کسی در جهان شوی تو
Bu dedi: "Üzünün çirkinliyindənƏrə getməmisən bu vaxtacan sən!"
دگر گفت نیکو سخن راندهایتو در خانه از نیکویی ماندهای!
O dedi: "Üzün çox göyçəkdir sənin,Bununçün almırlar səni də yəqin!"
چه خسبیم چندین بر این آستان؟که با مرگ شد خواب همداستان
Bu qədər nə üçün yataq dünyada?Yuxu da ölümə bənzər mənada.
کسی کاو نداند که در وقت خوابدگر ره به بیداری آرد شتاب
Bir də duracaqmı həmin yuxudan?Bunu doğru, dürüst bilməyən insan
ز خفتن چو مردن بود در هراسکه مانَد بههم خواب و مرگ از قیاس
Yuxudan ölümtək etməli həzər,Çünki bir-birinə bunlar çox bənzər!
درین ره جز این خواب خرگوش نیستکه خسبنده مرگ را هوش نیست
Dovşan yuxusutək pis yuxu olmaz,Yatanla öləndə hiss, duyğu olmaz!
چه بودی کزین خوابِ زیرکفریبشکیبا شدی دیده ناشکیب
Yuxu igidlərə hiylə qurandaGözlər yumulmaya kaş bircə an da!
مگر دیدی احوال نادیده راپسندیده و ناپسندیده را
Hər bir gizli sirri o, baxıb görə.Yaxşıya, yamana düz qiymət verə,
وز این بیهده داوری ساختنزمانی برآسودی از تاختن
İnsan əl çəkəydi boş xəyallardan,Yersiz qovğalardan, qalmaqallardan.
چرا از پی یک شکموار نانگراینده باید به هر سو عنان؟
Niyə bircə qarın çörəkçin yalnızÇəkişək, vuruşaq belə amansız?
شتاب آوریدن به دریا و دشتچرا چون به نانی بود بازگشت
Neçün biz dağlara, daşlara düşək?Bunların səbəbi - bir parça çörək!
شتابندگانی که صاحب دلندطلبکار آسایش منزلند
Səfərə başlayan müdrik insanlarYolda yox, mənzildə rahatlıq umar.
گذارند گیتی همه زیر پایهم آخر به آسایش آرند رای
Keçərlər dünyanı tapdalayaraq,Rahatlıq fikrinə düşməzlər ancaq.
همه رهروان پیش بینندگانکنند آفرین بر نشینندگان
Hamı yol gedənlər, uzaq görənlərMənzilə çatana afərin deyər.
سلامت در اقلیم آسودگیستکزین بگذری جمله بیهودگیست
Dinclik - asudələr ölkəsindədir,Bundan başqa nə var - bir əfsanədir.
چه باید درین آتش هفت جوشبه صید کبابی شدن سخت کوش؟
Yeddi qat yanar od içrə, nəhayət,Kabablıq ət üçün nədir bu zəhmət?
سرانجام هر باز کوشیدنیبجز خوردنی نیست و پوشیدنی
Neçindir bu zillət, əziyyət bütün?Hamısı yeməklə geyinmək üçün.
چو پوشیدنی باشد و خوردنیحسابی دگر هست ناکردنی
Bizim əmrimizdə olanda bunlar,Hələ başqa-başqa hesablar da var.
به دریا درآنکس که جان میکندهم آنکس که در کوه کان میکند
Əzaba qatlaşıb canından keçənDənizdən dürr tapar, dağlardan mədən.
کس از روزی خویش درنگذردبه اندازه خویش روزی خورد
Kimsə ruzusunu atlayıb keçməz,Əndazəylə yeyər ruzunu hər kəs.
هوس بین که چندین هزار آدمینهند آز در جان و زر در زمی
Fəqət var dünyada elə insan daZəri yerdə saxlar, həsədi canda.
زر آکن که او خاک بر زر کندخورد خاک و هم خاک بر سر کند
Qızılı torpaqda basdırsan əgər,Taleyin başına sənin kül ələr.
جهان آن کسی راست کاو در جهانخورد توشهٔ راه با همرهان
Yesə çörəyini dostlarla insan,Onundur var-dövlət, onundur cahan.
ز کیسه به چربی برد بند رادهد فربهی لاغری چند را
Açıb kisəsini rəhmə gələrək,Bir neçə yoxsula o edər kömək.
به یک جو که چربنده شد سنگ خامبدان خشگیش چرب کردند نام
Arpaca olsa da vəzndə gövhər,Ona "Çox samballı daşdır" deyərlər.
رهی دور و برگی در آن راه نیز پایان منزل کس آگاه نی
Əllərimiz boşdur, yol isə uzaq,Yoxdur mənzildən də hələ bir soraq.
نباید غنودن چنان بیخبرکه ناگاه سیلی درآید به سر
O qədər xəbərsiz yatma ki, haşa,Yatmışkən sel gəlib başından aşa.
نه بودن چنان نیز بیخواب و خوردکه تن ناتوان گردد و روی زرد
Yuxusuz, yeməksiz qalma ki, bədənSüstləşib, yorulub düşər qüvvədən.
کجا عزم راه آورد راه جوینراند چو آشفتگان پوی پوی
Yola çıxan yolçu cövlan edərək,Çapmasın hər yana gərək dəlitək.
نگهبان برانگیزد آن راه راکند بر خود ایمن گذرگاه را
Keşikçi düzdürsün yollar uzunu.Getsin təhlükəsiz ta ki, yolunu.
شب و روز بیدار باشد به کارکه بر خفتگان ره زند روزگار
Olsun gecə-gündüz işində oyaq,Yatanı oğrutək ruzgar soyacaq.
پس و پیش بیند به فرهنگ و هوشندارد به گفتار بیگانه گوش
Arxaya, qabağa zillənsin gözü,Onu aldatmasın yadların sözü.
چو لشگرکشی باشدش رهشناسز دشواری ره ندارد هراس
Yola bələd olsa rəhbərlik edən,Ordu qorxu bilməz çətinliklərdən.
گذر گر به هامون کند گر به کوهپراکندگی ناورد در گروه
Yollar dağa-daşa salsa da onu,Dağılmaz başından əsla qoşunu.
به موکب خرامد چو باران و برفبه هیبت نشیند چو دریای ژرف
Qoşunla yeriyər yağıştək, qartək,Əyləşər heybətlə o, dəryalartək.
زمین خیز آن بوم را یک دو مردبه دست آرد و سیر دارد به خورد
Çatdığı ölkədən bir neçə nəfərYedirdib, içirdib ələ gətirər.
وزیشان نهانی کند باز جستکه بی آب تخم از زمین برنرست
Sirr alıb, ənamlar verər o kəsə,Toxum göyərərmi su verilməsə?
به آسانی آن کار گردد تمامز سختی نباید کشیدن لگام
İşini düzəldər bu sayaq asan,Gərək çətinlikdən bezməsin insan.
چو آید ز یک سر سلامت پدیدسر چند کس را نباید برید
Sülh əgər bir başla olsa bərqərar,Artıq baş kəsməyin nə mənası var?
دران ره که دستی قویتر بودزدن پای پیش آفت سر بود
Yolda qoluzorlu rast gəlsə əgər,Üstünə yerimək bəla gətirər.
نشاید دران داوری پی فشردکه دعوی نشاید در او پیش برد
Mümkün deyildirsə qələbə çalmaq,Nahaqdır qoşunu çətinə salmaq.
چو بر رشته کاری افتد گرهشکیبایی از جهد بیهوده به
İşin düyün düşsə, aça bilməsən,Səbr elə, özünü nahaq yorma sən.
همه کارها از فرو بستگیگشاید ولیکن به آهستگی
Hər çətin düyünün bir əlacı var,Səbrlə, tədriclə açılar onlar.
فرو بستن کار در ره بودگشایش در آن نیز ناگه بود
Adətdir, işlərdə az olmur düyün.Fəqət öz-özünə açılır bir gün.
سخن گرچه شد گفته بر جای خویشسخندانی شاه از این هست بیش
Nə qədər yerində söyləsəm sözü,Məndən artıq bilir, əlbət, şah özü,
به هر جا که راند به نیکاختریخرد خود کند شاه را رهبری
Niyyətlə at sürsə şah hansı yana.Öz əqli rəhbərdir həmişə ona.
کسی را که یزدان بود کارسازبود زآدم و آدمی بینیاز
Bir kəsə köməkçi olarsa allah.Heç kəsə ehtiyac duymaz o əsla.
دلی را که آرد فرشته درودبه اندیشهٔ کس نیاید فرود
Salamlar gətirsə bir qəlbə mələk.Onun insan fikri nəyinə gərək?
اگر من به فرمان شاه جهانمثالی نبشتم چو کارآگهان
Padşahın əmrinə eləyib əməlYazdımsa bilənlər kimi bir məsəl.
نیاوردم الا پرستش بجایکه اقبال شد شاه را رهنمای
Yalnız ixlasımı elədim izhar,Onun öz bəxtitək bir rəhbəri var.
نشد خاطر شاه محتاج کسخدا و خرد یاور شاه بس
Heç kəsim möhtacı deyildir padşah,Ona köməkçidir əqlilə allah!
خرد باد در نیک و بد یار اوخدا باد سازندهٔ کار او
Əqli kömək olsun hər işdə ona,Allah hər işini salsın yoluna!"
خردمند چون نامه را کرد سازبه شاه جهان داد و بردش نماز
Naməni qurtarıb o qoca alim,Təzimlə elədi padşaha təqdim.
دل شه ز بند غم آزاد گشتاز آن نامه نامور شاد گشت
Qəlbi bu namədən şahın şad oldu,Qüssədən, kədərdən o, azad oldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-iqbalname-31
Use ← → keys to move, R for a random poem
More by this author
Since in reflection and the test (of gold) the coin of this fine Grecian treasure shines,I have attached to it a royal name, that the inscription may exalt my hand.
Layla and Majnun, chapter 1ای نام تو بهترین سرآغازبینام تو نامه کی کنم باز
Layla and Majnun, chapter 2ای شاهسوار ملک هستیسلطان خرد به چیرهدستی
Layla and Majnun, chapter 3در نوبت بار عام دادنباید همه شهر جام دادن
Poems by other poets
Ərş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.
Loğmanın vəsiyyətiƏshabına bir gün dedi Loğmani-həqiqət:Etdi məni hübbülvətənim mətleyi-hikmət.
Bu da yahu, keçərQonşulann elmə həvəskar ola,Tibb oxuya, fənnə xəberdar ola,
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın