Khosrow and Shirin, chapter 81
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
نکیسا چون زد این افسانه بر چنگستای باربد برداشت آهنگ
عراقی وار بانگ از چرخ بگذاشتبه آهنگ عراق این بانگ برداشت
نسیم دوست مییابد دماغمخیال گنج میبیند چراغم
کدامین آب خوش دارد چنین جویکدامین باد را باشد چنین بوی
مگر وقت شدن طاوسِ خورشیدپَر افشان کرد بر گلزار جمشید
مگر سروی ز طارم سر برآوردکه ما را سربلندی بر سر آورد
مگر ماه آمد از روزن در افتادکه شب را روشنی در منظر افتاد
مگر باد بهشت اینجا گذر کردکه چندین خرمی در ما اثر کرد
مگر باز سپید آمد فرا دستکه گلزار شب از زاغ سیه رست
مگر با ماست آب زندگانیکه ما را زنده دل دارد نهانی
مگر اقبال شمعی نو برافروختکه چون پروانه غم را بال و پر سوخت
مگر شیرین ز لعل افشاند نوشیکه از هر گوشهای خیزد خروشی
بگو ای دولت آن رشک پری راکه باز آور به ما نیک اختری را
ترا بسیار خصلت جز نکوییستبگویم راست مردی راستگوییست
منم جو کشته و گندم درودهترا جو داده و گندم نموده
مبین کز توسنی خشمی نمودمتواضع بین که چون رام تو بودم
نبرد دزد هندو را کسی دستکه با دزدی جوانمردیش هم هست
ندارم نیم دل در پادشاهیولیکن درد دل چندان که خواهی
لگدکوب غمت زان گشت روحمکه بخت بد لگد زد بر فتوحم
دلم خون گرید از غم چون نگریدکدامین ظالم از غم خون نگرید
تنم ترسد ز هجران چون نترسدکدامین عاقل از مجنون نترسد
چو بیزلف تو بیدل بود دستمدل خود را به زلفت باز بستم
به خلوت با لبت دارم شماریوز اینم کردنیتر نیست کاری
گَرَم خواهی به خلوت بار دادنبه جای گل چه باید خار دادن؟
از آن حقه که جز مرهم نیایدبده زآن، کو به دادن کم نیاید
چه باشد کز چنان آب حیاتیبه غارتبُردهای، بخشی زکاتی؟
Bitdi Nikisanın cənglə nəğməsi,Barbədin setarı qaldırdı səsi.
Bir məst aşiq kimi saza vurdu əl,Üşşaq pərdəsində oxudu qəzəl:
"Bir səhər mey içib durdum ayağa,Məst idim, rast gəldim gözəl bir bağa
O bağda bir çiçək ətirli, əlvan,Qarğa cəngindəydi, yarpaqları qan.
Yüz tikanı vardı yüz yarpağında,Yüz xəznə dustaqdı hər budağında.
Üzümə bağladı qapını gözəl,O bağ qıfılına dəyməmişdi əl.
O nadir gözəlin varlığı candı,Hər cürə meyvəsi gözə əyandı.
Vardısa o yerdə dürlü-dürlü bar.Başımda qalan şey oldu bir xumar.
Qapıda əyləşən o pərinişanKönlümü pəritək etdi pərişan.
Beynim xəstə olub oyaq qalmaqdan,Xəyalı gözümdən çəkilmir bir an.
Yatanda beynimi alovlandırır,Pəritək yuxuma girir, yandırır.
Pərini axtarar divanələr də,Abad yerdə deyil, viranələrdə.
Onunçün xəznətək pəri-füsunkarO viranəlikdə tutmuşdur qərar.
Çıxarsam xəznəni viranədən mən,Tacına dürr kimi sancaram həmən.
Yatmış gözlərdəki naza and olsunKi, qəmzəylə edər caduya əfsun.
Dumantək qıvrılan saçına qəsəm.Onun atəşilə yanmışdır sinəm.
And olsun xal-xaldan ucalan səsəKi, qoca zahid də düşər həvəsə.
And olsun ipəktək xoş gülüşünə,Yaqut dodağına, inci dişinə,
O ənbər ətirli zülfün tacına,Şirmayı sağrıda qıvrım saçına.
Onun o dözülməz qəmzə-nazına,Üzrünə, sözünə, xoş avazına.
Əyri qaşlarının tağına qəsəmKi, tuğratək çəkib onları qələm.
And olsun toxunub biri-birinəHarutu bənd edən kirpiklərinə.
And olsun o gözə, rədd eyləyərkənYenə kənar qoymaz məni gözündən.
And olsun o parlaq gül yanaqlara,Məhtab nuru hara, bax, onlar hara?
Sərv qamətintək saçların uzun -Qala kəməndidir - ona and olsun!
İlan ovsunlayan qara telinə,Uca gərdəninə, incə belinə,
And olsun nərgizdən xumar gözünə,Sünbül saçlarına, bahar üzünə.
Otuz iki dənə lələ and olsun,O yaqut qıfıla, ləbə and olsun.
O aşiq öldürən badam gözlərin,O şirin gülüşlü innaba yəmin.
O ağ çənəndəki quyuya qəsəm,Ondan kim su içsə bilməz kədər, qəm.
Halqa buxağına and olsun, canan,Günəşdə sallanmış sudur sanasan.
Qəsəm qoynundakı o bir cüt nara,Narınc girdəliyi vermiş onlara.
Gümüş barmaqlara edirəm yəmin,Qaqum görsə yanar həsəddən yəqin.
And olsun o zərif biləklərə ki,Durmuşdur civədə xam gümüş təki.
O büllur təninə, incə belinə,Büllur ki, dəyməmiş insan əlinə.
Gümüş baldırına qalmamış sözüm,Tərif etsəm, gecə yatmaram özüm.
Gözdən də dəyərli ayaq tozuna,Nə yaxşı and içdim, qurban gözünə!
Taleyim yar olsa, yetişəm ona,Canımda yer vardır öylə canana.
Nə qədər ki, sağam, getməz könlümdən.Dünyaya şah olsam, ona qulam mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-xosrov-ve-sirin-81
Use ← → keys to move, R for a random poem