Gah sellər, sulartək coşub-çağlayar,Gah dönür alova, oda ayrılıq.Enişli-yoxuşlu ömrün yolunda,Düşər vaxtlı-vaxtsız yada ayrılıq.

Çıxmaq asan deyil imtahanından,Həsrət dünyasının qəm meydanından.Bəzən yüz çirkinin ötüb yanından,Verər bir gözəli bada ayrılıq.

Azmı qismət olub yaxşılar pisə,Açmayıb sirrini zaman heç kəsə.Qananı qanmazdan ayıra bilsə,Qoy var olsun bu dünyada ayrılıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation