Üzüyola şair
Dostum! – deyə xatırlama onu sənKeç başından başa bəla şairin,Axşam-sabah “böyüklərin” yanındaDili şirin, üzüyola şairin.
Açılmayan qapılara iz açar,Kirpikləri tərpənməmiş göz açar,Neçələri hünərindən söz açarQolu yekə, özü bala şairin.
Müxənnətdir, körpüsündən keçilməzAğıllıdır quyusundan içilməz,Kişiliyi, qadınlığı seçilməz,Bir gün dayı, bir gün xala şairin.
İçi boşdur şoran yurdun qozu tək,Zəhlə tökər torpaq yolun tozu tək,Damağını özü yalar quzu tək,Yaman çatıb ağzı bala şairin.
Gəl Hüseyn, ürəyini sıxma sən,Şimşək olub, hər meydanda çaxma sən,Əbəs yerə qabağına çıxma sən,Özü orta, bəxti əla şairin.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-uzuyola-sair
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür