Sən rəngi bozarıb, ətri qaçmayan,Bir əlvan çəmənsən,mənsə bir çiçək.Sən məğrur səsini dünyaya yayanBir coşqun ümmansan,mən bir damla tək.Sən dərin göylərin günəşi, ayı,Yurdumda alışan bir çırağam mən.Sən min bir zirvədən qalxan dağ çayı,Qoynuna tələsən bir bulağam mən.

Sən nurlu gündüzsən üfüq qucaqlı,Yenicə oyanan bir səhərəm mən.Sən qədim tarixsən sirli, soraqlı,Yarımçıq yazılı bir dəftərəm mən.İsti nəfəsinlə qızınmışam mən,Sevincim də oldu, qəmim də oldu.– Hüseynə çörəyim halaldır! – desənŞairə ən böyük mükafatdı bu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring