Günlər sinəmə dağ çəkir,Gedə-gedə,gələ-gələ.Gözündən odlu yaş tökür,Salxım-salxım,gilə-gilə.

Bu on ildə kiməm, nəyəm,Hər gün sənsiz səninləyəm.Nə istəyir məndən bu qəm,Diş qıcayıb,gülə-gülə.

Təzə açan güldün, oğul,Nə vaxtsız töküldün, oğul.Sən bir dəfə öldün, oğul,Mən yaşaram ölə-ölə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets