Harda gözlərini açdın dünyaya,Qaynayıb, qarışdın elə, obaya,Harda könül verdin torpağa, suya,Ora vətəndir.

Harda bir yurd salıb, bir yuva tikdin,Həyətdə bir ocaq, bir çiçək əkdin,Harda oğul nazı, qız nazı çəkdin,Ora vətəndir.

Harda xeyrə qaçıb, şərə tələsdin,Nə odda alışdın, nə yeldə əsdin,Halal süfrə açıb, duz-çörək kəsdin,Ora vətəndir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland