Qədim şəhər
Qaralmış üfüqlər qaşını çatır,Sıxlaşır başımda ağır fikirlər.Torpağın qoynuna sığınıb yatır –Qəbələ adlanan qədim bir şəhər.
Nə yolları durur, nə küçələri,Dayanıb hərəkət, kəsilib işıq.Qala qapısından keçib içəri,Bu gündən dünənə yaxınlaşırıq.
Açsa da ağzını od nəfəsli yay,Gəzirik bilmədən yorğunluq nədir.Yenə əvvəlkitək axıb gedir çay,Təbiət – hər şeyə o, biganədir.
Susmuş qədim şəhər, susmuş ömürlük,Nə alan, nə satan, nə bazar qalıb.Canlı bir insanda, cansız bir üzük,Böyük bir binadan bir divar qalıb.
Pullar səpələnib küncə, bucağa,Sağımız, solumuz oyuq-oyuqdur.Minillik bir küpə çıxır qabağa,Bir qulpu tapılıb, bir qulpu yoxdur.
Çıxmışam seyrinə sirli aləmin,Hər daş parçasının öz yazısı var.Cəlb edir fikrini cavan alimin,Saxsı qablardakı əlvan naxışlar.
Nəsillər dil açıb verir səs-səsə,Burda illər nədir, əsrlər nədir...Başımız nə qədər yüksəklərdəsə,Kökümüz o qədər dərinlərdədir.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-qedim-seher
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Gözlərin ürəyimin içinə baxardıGözlərin ürəyimin içinə baxardı,Heç neyi gizlədə bilməzdim səndən.
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd