Düzlər bahar fəsli al geyinəndəSözlər öz-özünə axır ürəkdən.Yenə axşam-sabah sazım dinəndə,Bilin, doymamışam Vətən deməkdən!

Əzəldən vurulub ana torpağaMin dəstə bağladım güldən, çiçəkdən.Ötəndə bülbüllə qabaq-qabağaBilin, doymamışam Vətən deməkdən.

Qarışsın nəfəsim sərin yellərə,Alın sorağımı əsən küləkdən.Səsim yayıldıqca doğma ellərə,Bilin, doymamışam Vətən deməkdən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring