Hələ çox gecəni qatıb gündüzə,Vaxtı qabaqlayıb yorasıyam mən.Dəli dalğalarla dunub üz-üzə,Dayazı, dərini sorasıyam mən.

Yaradan kimsəyə nə qış, nə payız,Bir qələm gərəkdir, bir də ağ kağız.İncilər sinəmdə saysız-hesabsız,Hələ çox naxışlar vurasıyam mən.

Bu südə, sümüyə, qana and içim,Namusa, qeyrətə, sana and içim.Nəyə deyirsiniz, ona and içim,Bu dünya durduqca durasıyam mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets