Şairin
Əbəs yaranmayır yarananda o,Silinməz tarixdən izi şairinAlovla yoğrulub, nurla bəzənib,Torpaqla bərkiyib dizi şairin.
Çox yalan eşidib, çox böhtan görüb,Çathaçat, vurhavur, qaçhaqaç görüb.Neçə soltan görüb, neçə xan görüb,Bir olub sifəti, üzü şairin.
Sevinci işıqlı səhər olubdur,Kədəri zülmətdən betər olubdur.Dililə dillərdə əzbər olubdur,Dərəsi, təpəsi, düzü şairin.
Yarası vətənin ağır yarası,Çarası həyatda haqqın çarası.Cibində tükənər pulu, parası,Ürəkdən tükənməz sözü şairin.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-sairin
Use ← → keys to move, R for a random poem
More by this author
Qaralmış üfüqlər qaşını çatır,Sıxlaşır başımda ağır fikirlər.
Ora vətəndirHarda gözlərini açdın dünyaya,Qaynayıb, qarışdın elə, obaya,
Vətən deməkdənDüzlər bahar fəsli al geyinəndəSözlər öz-özünə axır ürəkdən.
Salam, a Ceyrançöl!Salam, Ceyrançölü, əzəl ovlağım,Cığırlar, çəhlimlər, izlər dünyası...