Gəncədən gəlirəm
Gəncədən gəlirəm, yüküm xurmadı,Gəncənin yolları burma, burmadı.Gəncədə bir qız var, teli dumadı,Günəşə sən çıxma, mən çıxım deyir!
Gəncədən gəlirəm, yüküm çiçəkdi,Gəncənin gülləri ləçək-ləçəkdi.Gəncədə bir qız var, adı Çiçəkdi,Quşlara sən uçma, mən uçum deyir!
Gəncədən gəlirəm, malım nə maldı,Gəncədən aldığım ipəkdi, şaldı.Gəncədə bir qız var, adı Maraldı,Ceyrana sən qaçma, mən qaçım deyir!
Gəncədən gəlirəm, yüküm xınadı,Könlüm dəli quşu ona qonadı.Gəncədə bir qız var, adı Sonadı,Sulara sən axma, mən axım deyir!
Gəncədən gəlirəm, sözə bənd olub,Gəncənin meyvəsi şəkər, qənd olub.Gəncədə bir qıza gözüm bənd olub,Cavada sən baxma, mən baxım deyir!
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-genceden-gelirem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
Dünya yaşamaq yeriymişÇəməndə təzə gül bitib,bu yer köhnə bağ yeriymiş.
قمر آن نیست که عاشق بَرَد از یاد او رایادش آن گُل که نه از کف ببَرَد باد او را
Açıq məktubƏziz ata, bilməz igid oğullar,Şallax nədir, zindan nədir, dar nədir!?