Aranda Ariflə açdım sabahı,Ariflə dağların seyrinə daldım.Dostlar məskənində, dostlar yanındaAriflə dincəlib, Ariflə qaldım.

Anıb qeyrətini Qoç KoroğlununƏymədim qəddini şair oğlunun.Ömrünü ömrümə köçürüb onun,Adını adımla yanaşı saldım.

Hüseyn Arifəm, qüdrətim qələmƏhdimdən, andımdan dönən deyiləm.Dirildi Zal qızı, dil açdı Dilqəm,Mən, belə ölümdən intiqam aldım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice