Ömür bəlkə çatdı, bəlkə çatmadı
Təzə bir ağac da əkdim torpağa,İlişib torpağa əlim qanadı.Şirin meyvəsini kəsib dadmağa,Ömür bəlkə çatdı, bəlkə çatmadı.
Qarışıb önümdə varaq-varağa,Dilimdə yaralı Dilqəmin adı.Zal qızı Gülnazı tamamlamağa,Ömür bəlkə çatdı, bəlkə çatmadı.
Qaynayıb qarışdım yaxşılarla mən,Məclislər uzandı kimsə yatmadı.Çıxmağa dostların xəcalətindən,Ömür bəlkə çatdı, bəlkə çatmadı.
Yerlərin, göylərin daldım seyrinə,Fikirlər, duyğular məni atmadı,Könüldən keçənin yüzdən birinəÖmür bəlkə çatdı, bəlkə çatmadı.
Hər təmiz ülfətin, hər xoş kəlamın,Hələ də fikrimdə ləzzəti, dadı.Nə deyim, toyuna Tural balanın,Ömür bəlkə çatdı, bəlkə çatmadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-omur-belke-catdi-belke-catmadi
Use ← → keys to move, R for a random poem
More by this author
Bir binayam, kərpicləri sökülmüş,Bir çələngəm, çiçəkləri bükülmüş,
Bir dağ kəli yaraladım zirvədəBir dağ kəli yaraladım zirvədə,Baş titrədi, ayaq əsdi, daş axdı.
Vaxtsız köçməsinBaşqadır könlümdə eşqin həvəsi,Nə qış düşündürür, nə bahar məni.
Yox! – dediKönüldən nisgili pozmaq istədim,Yazanda görüşdən yazmaq istədim,