Könüldən nisgili pozmaq istədim,Yazanda görüşdən yazmaq istədim,İlk eşqin oduna qızmaq istədim,Uğursuz məhəbbət mənə: – Yox! – dedi.

Qarlı zirvələrə qalxmaq istədim,Dağlardan düzlərə baxmaq istədim,Çaylara qoşulub axmaq istədim,Bir gizli xəyanət mənə: – Yox! – dedi.

Arifəm səsimi yaymaq istədim,Torpağın ətrindən doymaq istədim,Bir oğul ləzzəti duymaq istədim,Onu da təbiət mənə: – Yox! – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets