Yetmişə yetmədi ömrün səfəri,Matəmə büründü altımışın da.Açanda qapını bahar səhəriYumuldu gözlərin əlli yaşında.

O axın fikrimdə yaşayır hələ,Bayramın nə ağır günlərə düşdü,İşıq qaranlıqla, kədər fərəhləAyrılıq görüşlə bir yerə düşdü.

Ölümün yandırıb-yaxdı dostları,Ürək qarla dolu, boranla dolu.Bağlaya biləydim bircə gün, barıSəni bu dünyadan aparan yolu.

Yazdı xəyalından gəlib-keçəniŞair olmayan da, şair olan da.Ağladı, gündüzə qatıb gecəniOn yasda bir dəfə ağlamayan da.

Dodaqda söhbətin, könüldə adın,Yenə kitabların ellərdə gəzər.Əli qələm tutan Vaqif övladınYurdunda alışan çırağa bənzər.

Çıxdım sorağına xəbər verən yox,Özüm də bilmirəm nə edim, ustad?Harda yaxınlaşıb sıxım əlini,Harda o səsini eşidim, ustad?

Nə göydən haray var, nə yerdən aman,Sükuta bürünüb Fəxri xiyaban.Yazda da, qışda da onun yanındanBir dəfə salamsız ötmədim, ustad!

Duyduqca gücünü, qüdrətini mənBaşdan uca tutdum şöhrətini mən,Dosta dost yarandım, düşmənə düşmən,Yadlar ayağına getmədim, ustad.

Dur yenə qolumu salım qoluna,Dolanım sağına, dönüm soluna.Sənin məktəbinə, sənin yolunaHeç zaman xəyanət etmədim, ustad.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets