Qönçə açır, gül bəzənir,Ceyran keçir, çöl bəzənir,Sona çimir, göl bəzənirDünyanın dünya vaxtıdır.

Gözəlliyi sevək, seçək,Çeşmənin gözündən içək.Ağ köpüklər ləçək-ləçək,Dəryanın dərya vaxtıdır.

Zirvələrə çəkildi qış,Ətəklərdə narın yağış.Çəmənə bax, naxış-naxış,Boyanın boya vaxtıdır.

Adamların xətri gözəl,Ağacların çətri gözəl,Kəkotunun ətri gözəl,Qayanın qaya vaxtıdır.

Hüseyn Arif, bu nə maraq,Açılaram varaq-varaq.Könlümün uşaqdan-uşaq,Yaşımın baba vaxtıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring