Qapımın ağzını kəsib son bahar,Onun arxasında qış dayanıbdır.Bir uşaq həyətdə atılıb-düşür,Əldə qar topundan daş, dayanıbdır.

Boz koma üstündə yumru daş da var,Sağında, solunda ağ-ağ naxışlar.Kənardan bir ala qarğaya oxşar,Deyərsən: – Bir yorğun quş dayanıbdır.

Baxıram bozarmış Gülülə sarıElə bil tükənib səbri, qərarı.Sallanır budaqdan buz salxımları,Sərvlər gözündə yaş dayanıbdır.

Yeriyir sabahın çəni, çiskini,Çən-çiskin çöllərin qəzəbi kimi.İri ağ kötük də, ağ ayı kimi,Mənimlə üzbəüz tuş dayanıbdır.

Nə deyim gərdişə, Hüseyn Arif,Salma dilə-dişə, Hüseyn Arif,Yaş enir yetmişə, Hüseyn Arif,Torpaqda ayağım boş dayanıbdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets