Onillik həsrətin ağrısı canda,Qəbrinə bir daha başım əyildi.Sən vaxtsız bizimlə vidalaşanda,Oğlumun bir yaşı tamam deyildi.

İzi silinmədi ötən anların,Aylar dolandıqca gör nələr etdi...Səni öz çiynində aparanlarınSonra neçələri çiyində getdi.

Oyansan (əlbəttə, bir xəyaldır bu)Fəxri xiyabanda köks ötürərsən.Mehdi sirdaşını, Yusif dostunu,Bülbülü yanında yatan görərsən.

Arabir bədənim düşür lərzəyə,Dünyanı tutası deyiləm ki, mən.Bir anlıq gözlərin açılsın deyə,Keçərəm ömrümün neçə günündən.

Hanı o təmkinin, o etibarın,Ayrılıq hökmünü kim belə yazdı?..Bəlkə sağ olsaydın, qələm dostlarınYersiz bir-birini yaralamazdı...

Nihilist ürəkdən salam vermədiGahdan üzəvarı salam versə də.Əzəlki fikrini dəyişdirmədi,Sonrakı cildini dəyişdirsə də.

Elinə, gününə ağzını büzənYalandan kürsüdə yanıb alışdı.Yuxarı çəkildi ayaqda gəzənXalqı tanımayan xalqdan danışdı.

Bir də gileylənmək əbəsdir bu dəm,Xalq desəm, aslanlar ayağa qalxar.Düşməni döyməyə yumruq istəsəm,Qayalı Qoşqar var, daşlı Kəpəz var.

Görmüşəm namərdin hər fitnəsini,Boşda üzə çıxar, bərkdə gizlənər.Batırmaq istəsəm bayquş səsiniQarlı Şah dağından min qartal dinər.

Sədaqət gözlənib, hörmət umulmazÖzünü hamıya şirin salandan.Atalar sözüdür: “Döyüşçü olmazDöyüş meydanında tez boşalandan”.

Yenə bahar olur, gül ətir saçır,Yenə də gedirik şəhərə, kəndə.Şeir məclisində səndən söz açırSəni görməyən də, səni görən də.

Güldük sevincinə, yandıq ağrına,Gəzir nəğmələrin dildə, dodaqda.Sənin kitabını basır bağrınaBirinci sinifə gedən uşaq da.

Ölərmi hünərlə yaşayan insan –İlləri illərə calanır ömrün!Bakının ən böyük meydançasındanMöhtəşəm heykəlin yüksəlir bu gün.

Dünən Səməd Vurğun od kimi qızdı,Bu gün Səməd Vurğun xatirələrdir.Dünən Səməd Vurğun şeirlər yazdı,Bu gün Səməd Vurğun kənddir, şəhərdir.

Bir qaynar bulaqdan axan suyuq biz,Gücümüz torpağın gücü qədərdir.Sən gedən yolların yolçusuyuq biz,Sənə bənzəmək də böyük hünərdir.

Fəxri xiyabanı seyrə gələndəGözümdən qor töküb, od salıram mən.Qarşında diz çöküb əyiləndə dəYerdən göyə qədər ucalıram mən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets