Köçməsin
Bahar mövsümündə çeşmə başındanLilpar oynamasın, yarpız köçməsin.Durnalar köçəndə öz qatarındanBir durna üzülüb, yalqız köçməsin.
Qonan bir zanbaq da cana od salıb,Sönən bir ocaqda neçə göz qalıb.Bir qönçə budaq da vaxtsız saralıb,Bir insan həyatdan vaxtsız köçməsin.
Hüseyn Arifəm, nə çəkmədim mənBirdimi, beşdimi saçlarımda dən?Bir ata çiynində Yer kürəsindənBir oğul ayrılıb, bir qız köçməsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-kocmesin
Use ← → keys to move, R for a random poem
More by this author
Könül istər hey danışa, hey dinə,Bu varaqdır, bu qələmdir, bu da dil,
BəlkəDe, hansı çeşmənin gözündən içdim,Bəlkə bir də içdim, bəlkə içmədim?
Ömür bəlkə çatdı, bəlkə çatmadıTəzə bir ağac da əkdim torpağa,İlişib torpağa əlim qanadı.
Aşıq ƏləsgərəGəzib oba-oba, dolaşıb kənd-kənd,Bir əsr ömr etmək gör nə deməkdir.
Poems by other poets · Nature and spring
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Ey güli-tər, məni xar eyləmədinmi? ElədinEy güli-tər, məni xar eyləmədinmi? Elədin.Şöhreyi-xürdü kübar eyləmədinmi? Elədin.
CığırBatır ot üstündə ayaq səsləriİttir meşələrə dirənən cığır.
BahariyyəBir belə mövsümdə bahar çağdaHeyf deyil baş qala təpraqda