Övlad məhəbbəti ülvi məhəbbət,Dilinin əzbəri odur hər kəsin,Bir dəfə həyatda özündən deyənYüz dəfə qanrılıb övladdan desin.İldırım şığıyıb, şimşək ensə də,Dalğalar sahili söküb, yensə də,Min ulduz qaralıb, göydə sönsə dəBir övlad çırağı yerdə sönməsin.

Vaxtsız saçlarıma ələnsə də dənHüseyn Arifəm, istərəm ki, mənAta arxasında dağa bənzəyənAta sinəsində dağa dönməsin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets