Elə oldu
Elə oldu güldü könül, güldü üz,Çiçək açdı eşqim, andım dünyada.Güldü dərə, güldü təpə, güldü düz,Yeri, göyü cənnət sandım dünyada.
Günlər ötdü, aylar, illər dolandı,Sevinc, kədər bir-birinə calandı.Tufan qopdu, suyum birdən bulandı,Elə oldu, elə yandım dünyada.
Duman çökdü, çən gölündə itdi dost,Haray Arif, son mənzilə yetdi dost.Getdi ata, getdi oğul, getdi dost,Mən qalmaqla nə qazandım dünyada?!
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-ele-oldu
Use ← → keys to move, R for a random poem
More by this author
Elə ki, yorulur qulağı səsdən,Gözündə daralıb, kiçilir yol, iz.
Ay dağlarSoyuyur cığırım, üşüyür izim,Budaqda titrəyən yarpaq görünür.
Görən dağlar mənsiz qəribsəyirmi?Verirmi hökmünü axşam küləyi?Soyuqdan donurmu xəzan çiçəyi?
Təbiət gətirirÇiçəklər incəlik, güllər zəriflik,Sünbüllər bərəkət gətirir bizə.
Poems by other poets
Cahanda görmədim bir gün səvayi binəvalıqdan,Dəxi qurtarmardım bir dəm mən anda mübtəlalıqdan.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Qəzəl: Gülzari-məlahətdə gözüm bir gülə düşdüGülzari-məlahətdə gözüm bir gülə düşdü,Ruxsari ara xali-siyəh sünbülə düşdü
GördümQarlı dağlar aşdığın varmı,Ac qurdlarla ulaşdığın varmı,