Bu sənsən, inan
Sıxıcı günlərin soyuğu bitdi,Ruhuma əl çəkdi ilıq bir səhər,Ağır havanı qovantaybatay pəncərələr,dənizin duru havası,ilk cümləsini yazacağım yazıdünya doğulacaq zərrə duyğudan...Bu sənsən, inan...
Yolçu, bu komanın yanında ötmə,Alması göylərdə nağıldı, dinlə!Qoy şehli çəmənə düşsün çəhlimin,Divarlar isinsin hərarətinlə.Bircə baxışından yanacaq ocaq,Hər şey qayıdacaq ilkin rənginə,Güllər açılacaq gül dodağındanBu sənsən, inan...
Bir az mürgülüydüm, bir azca yorğunYüküm bir karvanın yüküydü amma.Hər gün dörd yanımda evlər ucalır,Mənimki quruca hörgüydü amma.O da ki, bir azca yerdən aşağı,Kirəmit gərəkməz, damı torpaqdan...Kimdi “təzə” evə köçməyə qoymur?Bu sənsən, inan...
Mən ki, istəyimin yazındaymışam,Nəymiş dünyamızı qəfil saraldan.Ürək soyuyanda nə fərqi varmışO mərmər sarayın torpaq saraydan.Bağla qapıları, kəs bu yolları,Həbs elə, buraxma məni yanından.Sirrini gəzirdim ölümsüzlüyün.Bu sənsən, inan!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-bu-sensen-inan
Use ← → keys to move, R for a random poem
More by this author
Bu çalışan əlimiz, bu danışan dilimizBu dağılan yuvamız, bu dözümlü elimiz,
KöçmərəmMən bu yurdun boz sərçəsi olmuşam,Lap cənnətdən vədə gələ, köçmərəm!
MillətəmÇəkil torpağımdan, ey yağı düşmən,Mən şeytan ümidin üzən millətəm.
Halımı sormaEldar Mansurov bəstələyib*Nəyi itirmişdim, nəyi qazandım,
Poems by other poets · Nature and spring
Hər yer səfalı, nəşəli, hər şey tərəbnisar...Hər dəm gülümsədikcə günəş, məst olur bahar.
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Gülə, güləGirdim yarın bağçasına,Dedim dərdim gülə, gülə.
Sənə bu hüsn, xəyal eyləmə müdam qalırSənə bu hüsn, xəyal eyləmə müdam qalır,Çəməndə hansı güli-tər ələddəvam qalır?!