İsa Həbibəyliyə
Bu çalışan əlimiz, bu danışan dilimizBu dağılan yuvamız, bu dözümlü elimiz,Hər şeyi hökmü ilə bölübdü adilimiz –Uca sandığın alçaq, müdrik dediyin naşı.
Qızılın üstündəsə inanma qızıl qanaOrmanlar bağışlasan çöpünə qızırğanarQısır bərəkətini veribdir qısırlaraBizə səhra ılığımı, lal çöllərin boz daşı.
Ya dəniz ləngərdə ol, gözlərində dan yeriYa sinən hədəf olsun, ömrün düşmən çəpəriYenə də başın üstə ixtiyarlı sərsəriDayandırır bizi də nadanlarla yanaşı.
Bu ocağa çox uyma, yaxınlaşsan yanarsan,Öz ruhuna güvən ki, orda şərdən kənarsan.Məndən sonra qürurla, göz yaşıyla anarsanDoğmalar içində də duyulmayan qardaşı...
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-isa-hebibeyliye
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın
Dübarə-səbarəVerir müsəlmanə yüz macəra dübarə-səbarə,Edir qəzetlər ona iftira dübarə-səbarə.
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
Mən sənə aşiqi-giriftarəmMən sənə aşiqi-giriftarəm –Nə qədər dövri-fanidə varəm.